Fənərbaxça-nın ulduzu Marko Asensio-ya gözlənilməz təklif
Sezonun əvvəlində Fənərbaxça-ya transfer olan və göstərdiyi təsirli oyunla Avropada yenidən diqqət mərkəzinə düşən Marko Asensio ilə bağlı gözlənilməz transfer iddiası gündəmə bomba kimi düşüb. İspaniya mətbuatı, ulduz futbolçunun yenidən La Liqaya qayıda biləcəyini iddia edir.
Yay transfer dönəmində imzalanan müqavilə
Karyerasına "Mallorka"da başlayan Marko Asensio, uzun illər "Real Madrid"in formasını geydikdən sonra "Paris Saint-Germain"ə keçmişdi. Ötən mövsümü "Aston Villa"da icarədə keçirən ispan ulduz, yay transfer dönəmində isə Fənərbaxça ilə müqavilə imzalamışdı.
Təcrübəli futbolçu sezona yaxşı bir başlanğıc edərək, göstərdiyi performansla azarkeşləri heyran etməyi bacarıb.
"Sevilya" Asensio-nu transfer etmək istəyir
İspaniya mətbuatından "El Nacional"ın xəbərinə görə, Avropada da diqqəti cəlb edən Asensio-ya "Sevilya"dan təklif gəlib. Baş məşqçi Matias Almeyda, rəhbərliyə Marko Asensio-nun transfer edilməsini şəxsən tələb edib. La Liqa təmsilçisinin Alexis Sançes ilə yollarını ayırmağa yaxın olduğu və çilili oyunçunun yerini Asensio ilə doldurmaq istədiyi bildirilir.
Xəbərdə, "Keçmiş "Real Madrid"li Marko Asensio, qış transfer dönəminin bomba transferi ola bilər" ifadələri yer alıb.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz