"Beşiktaş"-"Fənərbağça" derbisində Taliska və Cengiz Ünder qarşıdurması
"Beşiktaş"-"Fənərbağça" derbisi, keçmiş komandalarına qarşı Anderson Taliska ilə Cengiz Ünder üçün soyuq müharibə şəklində keçəcək. Qara-qartalların azarkeşlərinin keçmiş ulduzlarına qarşı göstərəcəyi münasibət maraqla gözlənilir. Braziliyalı ulduz, mövsümün ortasında "Fənərbağça"ya transfer olub və "Beşiktaş"a qarşı Kadıköydə oynasa da, Dolmabahçədə ilk dəfə meydana çıxacaq.
Yalçınla özünü tapdı
Taliska kimi sentyabrda "Beşiktaş"a icarəyə verilən Cengiz Ünder də keçmiş yoldaşlarına qarşı oynayacaq. Cengiz Ünder-in maaşının 1 milyon 750 min avrosunu "Beşiktaş", 2 milyon 250 min avrosunu "Fənərbağça" ödəyir. 28 yaşlı futbolçu, sarı-lələklilərdə ötən mövsüm 9 matçda forma geyinib. "Beşiktaş"da isə Sergen Yalçın ilə çıxdığı 7 matçda 3 qol vurmağı bacarıb.
Hücumçuların dueli
Derbi eyni zamanda iki komandanın hücumçularının dueli şəklində keçəcək. En Nesyri və Taliskanın "Beşiktaş"a qarşı qolu yoxdur. "Beşiktaş"ın ulduzu Abraham liqada 4 qol 1 asist, bütün turnirlərdə isə 9 qol və 2 asistə imza atarkən, Toure 1 qol atıb, asist edə bilməyib. Hər ikisi ilk derbilərinə çıxacaq.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz