İdman 27.10.2025

Hacıosmanoğlu: 571 hakimin 371-inin mərc hesabı var.

Hacıosmanoğlu: 571 hakimin 371-inin mərc hesabı var.

Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri İbrahim Hacıosmanoğlu türk futbolu ilə bağlı son vəziyyəti dəyərləndirmək məqsədilə mətbuat konfransı təşkil edib.

'571 Fəal Hakimin 371-nin Bahis Hesabı Var'

İbrahim Hacıosmanoğlu bahis oynayan hakimlərin olduğunu açıqlayıb.

TFF sədri Hacıosmanoğlu korrupsiyaya diqqət çəkərək deyib: "Biz aylardır dövlət qurumları ilə birlikdə çalışırıq. İllərdir klublarımızı idarə edənlərdən tutmuş, idman sahəsində ad çıxarmış şəxslərə qədər hər kəs türk futbolunda korrupsiyaya yol açan səbəbləri bir-bir sadalayıblar. Bir atalar sözü var: "Silah çıxdı, mərdlik pozuldu". İllərdir bahis ortaya çıxdıqdan sonra türk futbolunda yaranan korrupsiyanın və əxlaqsızlığın miqyasını müzakirə edirik. Biz TFF olaraq öz sahəmizdən yola çıxdıq. Türk futbolunun həqiqətən də dəyişikliyə ehtiyacı olduğunu, əxlaq və qayda-qanun üçün bəzi məlumatlar verəcəyəm. Peşəkar liqalarda olan 571 fəal hakimin 371-nin bahis hesabı var. Onlardan 152-si isə aktiv olaraq bahis oynayır".

7 Üst Dərəcəli Hakim...

Cəza tədbirlərinə toxunan Hacıosmanoğlu əlavə edib: "Üst dərəcəli hakimlərdən 7-si, üst dərəcəli köməkçi hakimlərdən 15-i, dərəcəli hakimlərdən 36-sı, dərəcəli köməkçi hakimlərdən isə 94-ü bahis oyunlarında iştirak edib! Bunların içində 10 hakimin 10 mindən çox bahis oynadığı, bir hakimin təkbaşına 18.227 dəfə oynadığı, 42 hakimin ayrı-ayrılıqda 1000-dən çox futbol matçında bahis oynadığı, bəzi hakimlərin isə yalnız bir dəfə matç oynadığı müəyyən edilib! Biz bu gündən etibarən başlayaraq intizam komitəmizə lazımi tədbirləri görməsi üçün tapşırıq verəcəyik və onlar da qısa müddət ərzində intizam komitəsinə göndərilərək qaydalara uyğun olaraq lazımi cəzaları alacaqlar. 6222 saylı qanuna görə 5 illik bir məhdudiyyət var. Bizim təlimatlarda da 5 illik vaxt məhdudiyyəti var. Bu saydıqlarım 5 illik müddətə daxil olan rəqəmlərdir."

Hacıosmanoğlu sözlərinə davam edərək bildirib: "İnsanlarla yaxşı münasibət qurub, sadəcə kresloda qalmaq kimi bir qayğımız yoxdur. Türk futbolunun içində nə qədər pislik varsa, hamısını təmizləmək bizim borcumuzdur. Allah bizə icazə verdiyi müddətcə bunları edəcəyik".

Türkiyə Futbol Federasiyası

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz