Şou 19.10.2025

Kobra Muratdan geri addım: Hamıdan üzr dilədi

Kobra Muratdan geri addım: Hamıdan üzr dilədi

'Kobra Murat' adı ilə tanınan sənətçi Murat Divandiler, ötən günlərdə sosial media hesabında paylaşdığı video ilə müğənni Güllünün ölüm hadisəsi ilə bağlı diqqətçəkən açıqlamalar vermişdi.

O, iddia etmişdi ki, "Cinayətin necə baş verdiyini tapmış kimi hiss edirəm. Otaqda cərəyan edən hadisələri sizə danışıram; Güllü o saatlarda həmişə TikTokda canlı yayım edərdi. Hamam otağına girir, paltarını geyinir, saçını düzəldir və çıxır. 'Hazırıq?' deyir. Sonra baxır ki, pəncərə açıqdır, qızlar pəncərədən aşağıda Eşref adlı biri ilə danışırlar. Eşrefə işarə edirlər, 'Biz gəlirik' deyirlər. Anası da bunu görür, 'Bu nədir belə?' deyərək qəzəblə oturur. Qızlar da 'Hələlik' deyib qaçmağa çalışırlar. Müğənni onları çiyinlərindən tutur, onun dırnaqlarında DNT izlərinin tapılmamasının səbəbi də budur. Qızları özünə tərəf çəkir. Qızlar da 'Burax' deyirlər, orada səslər gəlir. Ya ifaçının əli sürüşür, ya da qız 'Burax' deyib onu itələyir. Sultan. Fikrimcə, Sultan."

Bu açıqlamadan sonra mərhum müğənninin oğlu Tuğberk Yağız Həmzə Gülter sözügedən sənətçi haqqında hüquq-mühafizə orqanlarına şikayət edib.

YENİ AÇIQLAMA VƏ ÜZR XAHİŞİ

İndi isə Kobra Murat sosial media hesabından yeni bir video yayımlayıb. O, sözlərinin yanlış anlaşıldığını və təhrif edildiyini bildirərək bunları qeyd edib:

"Yanlış anlaşıldığımı düşünürəm və bunu düzəltmək istəyirəm. Güllü ilə çox işlərə getdik, konsertlərdə olduq. Yaxşı-pis günlərimiz oldu. O, mənim üçün çox dəyərli idi, övladları da mənim övladlarım kimidir. Acılı-şirinli çox gözəl günlər yaşadıq. Bizi şoka salan bu pis hadisə baş verəndə mən səhnədən gəlmişdim. Sosial mediada müxtəlif danışıqlar eşitdim. Heç kim onun pəncərə önündən oynayaraq düşəcəyinə inana bilmədi."

"Mən bu hadisənin aydınlığa çıxması üçün bir açıqlama vermişdim. Hamı damlara baxır, bəs aşağılara da baxılsın demişdim. Lakin çox yanlış anlaşıldım. Əslində hadisəni həll etdiyimi deyəcəkdim, cinayət deyilən bir şey yoxdur. O övladlar həyatda analarına zərər verə bilməzlər. Mən o uşaqların qəlbinin gözəlliyini bilirəm. Onların ağrılarını ürəkdən bölüşürəm. Onlara qətiyyən anasını itələdiklərini demirəm. Hər kəsdən üzr istəyirəm, övladlarından üzr istəyirəm."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz