Gündəm 24.10.2025

123 illik əfsanə iflasın astanasında Moda nəhəngi borclarını ödəyə bilmədi

123 illik əfsanə iflasın astanasında Moda nəhəngi borclarını ödəyə bilmədi
1902-ci ildə əsası qoyulan və bir dövrdə lüks modanın aparıcı markalarından sayılan Saks Fifth Avenue ciddi maliyyə problemləri ilə üz-üzədir. Şirkətin ödəniş göstəriciləri ilə bağlı yayılan məlumatlar nağd pul axını böhranının dərinləşdiyini təsdiqləyir. Creditsafe-in marka rəhbəri və sözçüsü Ragini Bhalla pərakəndə satış nəhənginin 11-ci fəsil iflasdan müdafiə sənədi üçün müraciət etmə ehtimalına diqqət çəkib. Bhalla, açıq maliyyə məlumatlarını təhlil edərək, Saks Fifth Avenue-nin uzun müddətdir ki, borclarını ödəməkdə çətinlik çəkdiyini vurğulayıb.

GECİKƏN ÖDƏNİŞLƏR TƏHLÜKƏ SİQNALI VERİR

Şirkət rəsmilərinin açıqlamasına əsasən, Saks Fifth Avenue-nin son 12 aylıq Dönəm Sonu Ödəniş (DBT) göstəriciləri davamlı nağd pul çatışmazlığını əks etdirir. DBT göstəricisi şirkətin fakturaları orta hesabla neçə gün gecikdirdiyini ölçür. Məlumata görə, Saks Fifth Avenue-nin ödəniş gecikmələri sektor ortalaması olan 10-12 günü xeyli aşıb. 2024-cü ilin noyabrında 27 gün olaraq qeydə alınan gecikmə, 2025-ci ilin yanvar və mart aylarında 41 günə qədər artıb. Bu vəziyyət, markanın təchizatçılarına ödənişləri tez-tez bir ay və ya daha uzun müddətə gecikdirdiyini göstərir.

İFLAS ŞAYİƏLƏRİ GÜCLƏNİR

Şirkət tərəfindən hələlik rəsmi bir “davamlı fəaliyyət xəbərdarlığı” və ya iflas müraciəti elan edilməsə də, ödənişlərdəki gecikmələr Saks Fifth Avenue-nin gələcəyi ilə bağlı narahatlıqları artırır. Maliyyə dairələri, markanın nağd pul axınındakı bu pisləşmənin 11-ci fəsil iflasdan müdafiə sənədi ilə nəticələnə biləcəyini qiymətləndirir.

LÜKSÜN SİMVCLU ÇƏTİN DURUMDA

Bir vaxtlar Nyu-Yorkun ən nüfuzlu ticarət küçələrində parlayan Saks Fifth Avenue bu gün maliyyə basqılarının kölgəsində varlığını qorumaq uğrunda mübarizə aparır. Markanın gələcəyi qeyri-müəyyən olaraq qalarkən, pərakəndə sektorunda yaşanan bu çətinlik “lüks də böhrana qarşı dayanıqlı deyil” şərhlərini də özü ilə gətirir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz