Sosial media fenomeninin kədərli sonu
Sağlam həyat tərzi paylaşımları ilə çoxsaylı izləyici kütləsinə sahib olan 30 yaşlı avstraliyalı sosial media fenomeni
Stacey Warneckenin vəfat xəbəri şok effekti yaradıb. Məlumata görə, o, evdə doğuş zamanı yaranan
doğuş fəsadları səbəbindən həyatını itirib.
Körpəsini sağlam şəkildə dünyaya gətirməsinə baxmayaraq, doğuş zamanı yaranan ağırlaşmalar üzündən həyatla vidalaşan Stacey Warnecke'nin ölüm xəbərini onun həyat yoldaşı Nathan Warnecke sosial media hesabında açıqlayıb. Bu kədərli hadisəni eşidən izləyiciləri təəccüblərini gizlədə bilməyiblər.
Həyat yoldaşından ürəkdağlayan etiraf
Nathan Warnecke öz
sosial media səhifəsində körpələrinin sağlam doğulduğunu və ona Aksel adını verdiklərini yazıb. Ediləcək bir şey olmadığını qeyd edən kədərli ata,
Stacey Warneckenin ən böyük arzusunun ana olmaq olduğunu vurğulayıb.
Duyğusal bir açıqlama verən Nathan Warnecke qeyd edib: "Ana olmaq onun ən böyük xəyalı idi. O bunu bacardı. Hamiləliyi çox sevirdi. Oğlumuz dünyaya gəlməzdən əvvəl hər gün onu nə qədər sevdiyini deyirdi. Aksel dünyaya gələndə onu qucağına aldı, əmizdirdi və ona sevgisini göstərdi... Oğlumuzu çox sevirdi və onun sevgisi davam edir."
Sevgi və minnətdarlıq sözləri
Həyat yoldaşı ilə 9 ildir tanış olduğunu deyən Nathan Warnecke, bu gün sahib olduğu hər şeyi ona borclu olduğunu, hətta səhərlər oyanma səbəbinin də həyat yoldaşı olduğunu dilə gətirib.
Həyatını itirən xanımı üçün yazdığı bu duyğu dolu sətirlər hər kəsi dərindən təsirləndirərkən, Warnecke sözlərini belə bitirib: "O, tanıdığım ən gözəl, ən sevgi dolu, ən şəfqətli, zəhmətkeş, intizamlı, ağıllı və etibarlı insan idi. Məni bu günkü insana çevirdi və sahib olduğum hər şeyi ona borcluyam."
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz